Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanan Sabir Zeynalov (K44 kateqoriyasında 58 kq) fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, idmançı hədəfinin çempion olmaq istədiyini bildirib:
“19 yaşında Paralimpiya Oyunlarında bürünc medal qazanmaq çox qürurverici hisdir. Məqsədim Vətənə çempion olaraq qayıtmaq idi, amma müəyyən səhvlərimə görə qızıl medalı əldən verdim. Buna baxmayaraq, tailandlı rəqibimi məğlub etməyi bacardım. Yeni hədəflərim var. Dünya və Avropa çempionu olmaq, həmçinin Los-Anceles-2028 Paralimpiadasında qızıl medal qazanmaq istəyirəm. Dəstəyinə və diqqətinə görə cənab prezidentimiz İlham Əliyevə, birinci vitse-prezidentimiz Mehriban Əliyevaya, Gənclər və İdman Nazirliyinə, Milli Paralimpiya Komitəsinə, Taekvondo Federasiyası ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə öz təşəkkürümü bildirirəm!”