Ramosdan sürpriz qərar – autsayderlər razılaşdı

“Sevilya”dan ayrılan Serxio Ramos karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, 38 yaşlı müdafiəçi “Əl Oruba” ilə razılaşıb. Bu barədə belçikalı jurnalist Saşa Tavoler məlumat yayıb. Xəbərdə tərəflər arasında yaxın zamanda müqavilə imzalanacağı qeyd edilib.

“Əl Oruba” Səudiyyə Ərəbistanı çempionatında 2 turdan sonra xalsızdır və 15-ci sırada qərarlaşıb.