“Real” hücumçusunu icarəyə verdi

“Real” hücumçusu Alvaro Rodriqesi icarəyə verib.

Futbolpress.az xəbər verir ki, 20 yaşlı futbolçu mövsümün sonuna kimi “Xetafe”də çıxış edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Alvaro 2023-cü ildə “Real”da debüt edib. O, “kral klubu” ilə 10 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə edib.