“Omoniya”nın baş məşqçisi: “Risk etmədik”

“Omoniya”nın baş məşqçisi Valdas Dambrauskas Konfrans Liqasında “Zirə”yə məğlub olduqları görüşü şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 0:1 hesabıyla bitən görüşlə bağlı bunları deyib:

“Zirə”ni təbrik edirəm. Məqsədimizə çatdıq və Liqa mərhələsindəyik. Qarşıda oyunlarımız var və buna görə risk etmədik. Baş verənləri qısa zamanda unutmaq istəyirik. Bütün diqqətimizi çempionat oyununa verəcəyik”.