Paris-2024: Azərbaycan parataekvondoçusundan qələbə

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov (58 kq) Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında mübarizəyə başlayıb.

Futbolpress.az xəbər verir ki, K44 kateqoriyasında yer alan idmançı 1/4 final mərhələsində Yaponiya təmsilçisi Mitsuya Tanaka ilə üz-üzə gəlib. Görüş Tanakanın qələbəsiylə başa çatıb – 6:5.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.