“Fənərbağça”nın Amrabat israrı

“Fənərbağça” “Fiorentina”nın futbolçusu Sofyan Amrabatı heyətinə qatmaq istəyir.

Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisi mərakeşli yarımmüdafiəçini satınalma hüququ ilə birlikdə icarəyə götürmək niyyətindədir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Xəbərdə danışıqların son mərhələdə olduğu bildirilib.

Sofyan ötən mövsümü icarə əsasında “Mançester Yunayted”də keçirib. Yenidən “Fiorentina”ya qayıdan yarımmüdafiəçi 3 oyunda meydana çıxıb.