“Çelsi”dən “Bornmut”a – rəsmi

“Çelsi” qapıçısı Kepa Arrisabalaqanı icarəyə verib.

Futbolpress.az xəbər verir ki, ispan qolkiper 2024/25 mövsümünü “Bornmut”da keçirəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

29 yaşlı qapıçı ötən mövsümü “Real”da icarədə olub. O, Madrid klubunda 20 oyunda meydana çıxıb.