Almaniyanın “Bayer” klubu PSJ-nin futbolçusu Nordi Mukieleyə “elçi düşüb”.
Futbolpress.az xəbər verir ki, Leverkuzen təmsilçisi 26 yaşlı müdafiəçinin icarəsi üçün Paris klubu ilə danışıqlara başlayıb. Bu barədə “Lequipe” nəşri məlumat yayıb. Keçidin yaxın zamanda tamamlanması gözlənilir.
Mukiele 2022-ci ildən PSJ-də çıxış edir. O, Paris klubunda 45 oyunda meydana çıxıb.