Bu gün Paralimpiya Oyunlarının açılışı olacaq

Bu gün Fransanın paytaxtı Parisdə Yay Paralimpiya Oyunlarının açılış mərasimi baş tutacaq.

Futbolpress.az xəbər verir ki, mərasim saat 22:00-da start götürəcək.

Azərbaycan ilk dəfə Paralimpiya Oyunlarında 7 idman növündə 18 idmançı ilə təmsil olunacaq. Onlardan 4-ü paratletika, 3-ü paraüzgüçülük, 3-ü parataekvondo, 3-ü paracüdo, 2-si paraatıcılıq, 1-i parakamandan oxatma və 1-i də parapauerliftinq növündə yarışacaq.

Siyahı:

Paraatletika
Oloxan Musayev (nüvə itələmə)
Rüfət Rəfiyev (nüvə itələmə)
Lamiyə Vəliyeva (qaçış)
Səid Nəcəfzadə (uzunluğa tullanma)
Orxan Aslanov (uzunluğa tullanma)

Paraüzgüçülük
Raman Salei
Vəli İsrafilov
Könül Süleymanova

Parataekvondo
Sabir Zeynalov
İmaməddin Xəlilov
Əbülfəz Abuzərli

Paracüdo
İlham Zəkiyev
Dürsədəf Kərimova
Xatirə İsmiyeva

Paraatıcılıq
Kamran Zeynalov
Aybəniz Babayeva

Parakamandan oxatma
Cahan Musayev

Parapauerliftinq
Ceyhun Mahmudov

Paris-2024 Paralimpiya Oyunları sentyabrın 8-dək davam edəcək.