“Qalatasaray”ın baş məşqçisi Okan Buruk Çempionlar Liqasında “Yanq Boyz”a uduzduqları pley-off oyunundan sonra fikirlərini bildirib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis 0:1 hesabıyla bitən görüşlə bağlı bunları deyib:
“Məsuliyyət məndədir. Oyunçularım əllərindən gələni etdilər. Möhtəşəm azarkeş dəstəyi var idi. Tək məyus olacağımız şey onlara istədiklərini verə bilməməyimizdir. Bundan sonrakı hədəfimiz Avropa Liqasını qazanmaqdır”.