“Mançester Siti”nin futbolçusu İlkay Gündoğan gələcək planları haqda açıqlama verib.
Futbolpress.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi karyerasını bitirdikdən sonra məşqçi olmaq istədiyini deyib:
“Fiziki olaraq özümü yaxşı hiss edirəm. Karyeramı bitirmək üçün hələ tezdir. Baş məşqçimiz Qvardioladan çox şey öyrənirəm və onunla işləməkdən zövq alıram. Karyeramı bitirəndən sonra məşqçi olmaq haqda düşünəcəm”.