UEFA Çempionlar Liqasında sabah keçiriləcək “Qarabağ” – “Dinamo” (Zaqreb) oyunundan öncə qonaqların baş məşqçisi Sergey Yakiroviç jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…
– İlk oyunda qələbə qazansaq da, bəxtimiz gətirdi və asan olmadı. Oyuna ciddi hazırlaşmışıq. “Qarabağ” güclüdür və yaxşı hazırlaşıblar. Bütün bunları nəzərə almışıq və müdafiəni gücləndirmək niyyətindəyik. Düşünürəm ki, oyunda müəyyən şanslarımız olacaq və 90 dəqiqədə işi həll etməyə çalışacağıq.
– “Qarabağ”a məğlubiyyətdən sonra “Ludoqorets”in baş məşqçisi istefaya göndərildi. Bu ssenaridən qorxmursunuz?
– Buna necə cavab verəcəyimi bilmirəm. Eşitdim ki, onların baş məşqçisi yaşına görə işindən ayrılıb. Mən burda işləməyə yeni başlamışam. Yaxşı nəticəyə inanıram.
– İlk oyundakı nəticə ədalətli idi?
– Futboldur, ədalət və ya haqsızlıq yoxdur. Yaxşı müdafiə olunmalı və şans düşəndə qol vurmalısan. Futbol səhvlərdən və onlardan kimin necə istifadə etməsindən ibarətdir. Oyunda daha çox qol ola bilərdi, “Qarabağ”ın da imkanları var idi. Ancaq sonda nəticə 3:0 oldu.
– Mahir Emrelini nə üçün komandada saxlamadınız?
– Onun potensialını görmüşdüm. Sadəcə zədəsinə görə uzun müddət oynaya bilmədi. Qərar verildi ki, onun üçün ən yaxşısı budur. Bəxti gətirdi ki, “Nürnberq”ə keçdi.
– Sabahkı oyunda məqsədiniz nədir?
– Qələbə, heç-heçə və ya məğlubiyyət… Əsas olan mərhələni keçməyimizdir.
Şahin Cəfərov