“Arsenal” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, London klubu “Real Sosyedad”dan yarımmüdafiəçi Mikel Merinonu transfer edib. 28 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.
“Arsenal” yarımmüdafiəçi üçün 37 milyon avro ödəyəcək. Merino 2018-ci ildən “Real Sosyedad”da çıxış edirdi.