Region Liqasının qalibi Siyəzəndə oynayacaq

II Liqada mübarizə aparan “Şimal” klubunun 2024/2025 mövsümündə ev oyunlarını keçirəcəyi stadion məlum olub.

Futbolpress.az xəbər verir ki, Region Liqasının son qalibi yeni mövsümdən Siyəzən Şəhər stadionunda rəqiblərini qəbul edəcək.

Bununla bağlı Peşəkar Futbol Liqası və SOCAR-ın Sosial İnkişaf İdarəsi ilə razılıq əldə edilib.