“Çelsi” onu transfer edib, icarəyə verdi

“Çelsi” heyətini yeni qapıçı ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, “zadəganlar” “Genk”dən Mayk Pendersi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 19 yaşlı qolkiperlə müqavilə 2032-ci ilə qədər nəzərdə tutulub.

Pender mövsümün sonuna kimi icarə əsasında “Genk”də çıxış edəcək. O, gələn yay “Çelsi”yə qoşulacaq.