“Beşiktaş” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisi Almaniyanın “Auqsburq” klubundan müdafiəçi Feliks Udokaini icarəyə götürüb. Bu barədə “qara qartallar”ın mətbuat xidməti məlumat yayıb.
26 yaşlı futbolçu 2020-ci ildən “Auqsburq”da forma geyinirdi. O, Bundesliqada ötən mövsümdə 33 oyunda 2 qol vurub.