Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.
Futbolpress.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib.
Türkiyənin yeganə təmsilçisi “Qalatasaray” İstanbulda “Yanq Boyz”a uduzub və mübarizəni dayandırıb.
“Zalsburq” “Dinamo” ilə heç-heçə edərək, “Sparta” isə “Malmö”nü məğlub edərək mərhələ adlayıb.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
27 avqust
Qalatasaray (Türkiyə) – Yanq Boyz (İsveçrə) 0:1
Qol: A.Virginius, 87
İlk oyun 2:3
Zalsburq (Avstriya) – Dinamo (Kiyev, Ukrayna) 1:1
Qollar: A.Dagim, 12 – V.Vanat, 29
İlk oyun 2:0
Sparta (Praqa, Çexiya) – Malmö (İsveç) 2:0
Qollar: L.Haraslin, 80 (pen.), A.Rahmani, 83
İlk oyun 2:0