Ronaldo: “Özümü gələcəkdə bu işdə görmürəm”

“Əl Nəsr”in hücumçusu Kriştiano Ronaldo karyerasını bitirdikdən sonrakı planları haqda danışıb.

Futbolpress.az xəbər verir ki, “A Bola” nəşrinə açıqlama verən forvard məşqçi olmağı hələ düşünmədiyini deyib:

“Məşqçi olmağım fikri ağlıma gəlmir. Özümü gələcəkdə bu işdə görmürəm. Futboldan başqa işlərlə məşğul ola bilərəm. Amma gələcəyin necə olacağını deyə bilmərik”.

Ronaldonun “Əl Nəsr”lə müqaviləsi 2025-ci ilin yayına kimidir.