“Leypsiq” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Atletiko”dan Artur Vermereni icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 19 yaşlı yarımmüdafiəçi mövsümün sonuna kimi “Leypsiq”in formasını geyinəcək.
Artur Belçika yığmasının da üzvüdür. O, millidə 4 oyunda meydana çıxıb.