“Qarabağ”ın oyununda anşlaq olacaq

UEFA Çempionlar Liqasının “play-off” mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Dinamo” (Zaqreb, Xorvatiya) oyununa bilet satışı davam edir.

Futbolpress.az xəbər verir ki, görüş üçün 24700 bilet satılıb.

Qapılar azarkeşlər üçün matçın start fitindən 2 saat əvvəl açılacaq.

Avqustun 28-də keçiriləcək görüşə saat 20:45-də start veriləcək. Komandalar arasındakı ilk görüşdə xorvatlar qələbə qazanıb.