Futzal üzrə AVRO-2026-nın əsas mərhələsinə hazırlıq məqsədi ilə Azərbaycan millisi 2 beynəlxalq yoldaşlıq oyunu keçirəcək.
Futbolpress.az xəbər verir ki, Vitali Borisovun rəhbərlik etdiyi kollektiv sentyabrın 19-da və 20-də Çexiya yığması ilə gücünü sınayacaq. Hər iki oyun Zlin şəhərində keçiriləcək.
Qeyd edək ki, millimiz Avropa Çempionatının əsas mərhələsində İsveç, Xorvatiya və Yunanıstanla qarşılaşacaq.