Braziliya yığmasının keçmiş futbolçusu Duqlas Kosta karyerasını Avstraliyada davam etdirəcək.
Futbolpress.az xəbər verir ki, 33 yaşlı vinger “Sidney”lə razılaşıb. Klubun mətbuat xidmətinə danışan Duqlas keçidini şərh edib:
“Karyeram boyunca inanılmaz komandalarda oynamış, çoxlu titullar qazanmışam. İndi daha çoxuna nail olmaq üçün “Sidney”ə keçdim. Futbol qanımdadır və Avstraliya futbolunun səviyyəsini artırmaq, azarkeşləri əyləndirmək və titullar qazanmaq üçün burdayam”.
Duqlas daha əvvəl “Bavariya”, “Yuventus” kimi klublarda çıxış edib. Onun son ünvanı “Fluminense” olub.