Azərbaycan Premyer Liqasında IV turun oyunlarını izləyən azarkeş sayı məlum olub.
Futbolpress.az xəbər verir ki, ən çox azarkeş “Qarabağ” – “Turan Tovuz” oyununda qeydə alınıb. Tovuzluları minimal hesablı qələbəsiylə başa çatan görüşü 2000 fanat tribunadan izləyib.
Ən az azarkeş isə Mərdəkanda olub. “Neftçi”nin “Araz-Naxçıvan”la heç-heçə etdiyi matçda arenada 450 tamaşaçı olub.
Səbail – Kəpəz 4:0 (500 tamaşaçı)
Qarabağ – Turan Tovuz (2000 tamaşaçı)
Araz-Naxçıvan – Neftçi (450 tamaşaçı)
Sabah – Sumqayıt 3:1 (1500 tamaşaçı)
Zirə – Şamaxı 0:1 (650 tamaşaçı).
PS: Rəqəmlər Peşəkar Futbol Liqasının oyun protokollarından götürülüb.