“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi “Dinamo” (Zaqreb) Xorvatiya çempionatında növbəti oyuna çıxıb.
Futbolpress.az xəbər verir ki, Zaqreb təmsilçisi azarkeşləri önündə “Qoritsa” ilə qarşılaşıb. Görüş “Dinamo”nun qələbəsiylə başa çatıb – 2:1.
Zaqreblilərin qollarını Kulenoviç vurub.
“Dinamo” 4 turdan sonra 12 xalla liderdir.
“Qarabağ” ilk oyunda Xorvatiyada 0:3 hesabıyla uduzub. Komandalar arasındakı cavab görüşü avqustun 28-də Bakıda olacaq.