“Hoffenhaym” Almaniya Bundesliqasının I turunda “Holştayn”ı məğlub edib – 3:2.
Futbolpress.az xəbər verir ki, hücumçu Andre Kramariç bu görüşdə üç qolla yadda qalıb. Forvard karyerasında ikinci dəfə Bundesliqanın startında het-trik edib.
“Hoffenhaym”ın hücumçusu bu göstəricidə keçmiş forvard Gerd Müllerin uğurunu təkrarlayıb. Daha əvvəl mərhum futbolçu Bundesliqada iki dəfə startda üç qol vurmağı bacarıb.