“Qarabağ” “Turan Tovuz”a məğlub oldu

“Qarabağ” Premyer Liqanın IV turunda “Turan Tovuz”la qarşılaşıb.

Futbolpress.az xəbər verir ki, “Azersun Arena”da baş tutan görüş qonaqların qələbəsiylə başa çatıb. “Turan Tovuz”un yeganə qolunu 17-ci dəqiqədə penaltidən Otto Con vurub.

“Turan Tovuz” 10 xalla birinci sıradadır. Ehtiyatda bir oyunu olan “Qarabağ” isə 6 xalla 2-cidir.

Azərbaycan Premyer Liqası
IV tur

24 avqust

18:15 Qarabağ – Turan Tovuz 0:1
Qol: Oto Con, 17 (pen.)
Baş hakim: Fərid Hacıyev
“Azərsun Arena”

“Qarabağ”: 99. Mateuş Koxalski, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov (k), 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 81. Kevin Medina, 17. Hamidu Keyta, 19. Redon Cica, 15. Leandro Andrade

Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 12. Sadiq Məmmədzadə,13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 10. Abdullah Zubir, 66. Patrik Andrade, 7. Yassin Beniza, 18. Olavio Juninyo, 2. Mateus Silva, 6. Julio Romao, 11. Emmanuel Addai

Baş məşqçi: Qurban Qurbanov

“Turan Tovuz”: 1. İvan Konovalov, 4. Şəhriyar Əliyev (k), 10. Xəyal Nəcəfov, 8. Tural Bayramlı88. Faiq Hacıyev, 5. Roderik Miller, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 25. Denis Marandiçi, 80. Otto Con, 21. Aleks Souza

Ehtiyat oyunçular: 71. Mehman Hacıyev, 41. Sergey Samok, 39. Sadiq Quliyev, 33. Eltun Turabov, 7. İsmayıl Zülfüqarlı, 13. Fərid Yusifli, 44. Rüfət Əhmədov, 99. Sadiq Şəfiyev, 70. Məzahir Məmmədzadə, 20. İbrahim Ramazanov, 22. Nahid Əliyev, 11. Ayxan Quseynov

Baş məşqçi: Kurban Berdiyev