“Lester” təcrübəli hücumçu ilə müqavilə imzaladı

“Lester” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, “tülkülər” son klubu “Kristal Pelas” olan Cordan Ayyunu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 32 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb.

Ayyu ötən mövsümdə Premyer Liqada 35 oyunda 4 qol vurub, 7 məhsuldar ötürmə edib.