Yeni transfer: “Mümkün qədər faydalı olmaq istəyirəm”

“Atletiko”nun yeni transferi Konor Qallaqer açıqlama verib.

Futbolpress.az “Marca”ya istinadən xəbər verir ki, yarımmüdafiəçi komandadakı hədəflərindən danışıb:

“Meydanda hər şeyi etməyə çalışıram. Bütün gücümü qoyur, əlimdən gələni edirəm. Həm qol epizodları yaratmağa, lazım olanda da müdafiəyə kömək etməyə çalışıram.

“Atletiko”ya mümkün qədər faydalı olmaq istəyirəm. Məqsədimiz titullar qazanmaqdır və bunun üçün burdayam”.

Qallaqer “Çelsi”dən transfer edilib. İngiltərəli yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.