“Zirə”yə iki qol vuran futbolçu: “Sürətli oynadıq”

“Omoniya”nın futbolçusu Villi Semedo Konfrans Liqasının pley-off mərhələsində “Zirə”yə qalib gəldikləri görüşdən sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, 6:0 hesabıyla bitən matçda dubl edən Semedo bunları deyib:

“Üç gün sonra vacib oyunumuz var və ciddi qalmalıyıq. Azarkeşlərimizin bizə nə qədər güc verdiyini bilirik. Sürətli oynadıq, pressinq etdik və “Zirə”nin bizə təzyiq göstərməsinə imkan vermədik. Nəticədən çox razıyıq”.

Komandalar arasındakı cavab görüşü avqustun 29-da olacaq.