Ronaldonun qolu qələbə üçün bəs etmədi

Kriştiano Ronaldonun formasını geyindiyi “Əl Nəsr” Səudiyyə Ərəbistanı çempionatında yeni mövsümün ilk oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda azarkeşləri önündə “Əl Raed” ilə qarşılaşıb. Matç bərabərliklə başa çatıb – 1:1.

“Əl Nəsr”in yeganə qolunu Ronaldo vurub.

Komanda I turdan sonra 1 xalla 4-cü sıradadır.