Sterlinqi istəmədilər

“Çelsi”nin futbolçusu Rahim Sterlinq “Bavariya”ya təklif olunub.

Futbolpress.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. İngilis vinger menecerlər vasitəsiylə Münhen klubuna təklif olunsa da, “Bavariya”lılar bundan imtina edib.

Komandanın baş məşqçisi Vensan Kompani Sterlinqin xidmətinə ehtiyaclarının olmadığını bildirib.

29 yaşlı futbolçu “Çelsi”də əsas heyətdən kənarlaşdırılıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.