“Liverpul” futbolçusunu satdı

“Liverpul” futbolçusu Sepp van den Berqi satıb.

Futbolpress.az xəbər verir ki, 22 yaşlı müdafiəçi “Brentford”a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Niderlandlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

“Transfermarkt” portalında “Liverpul”un bu satışdan 23,6 milyon avro qazanacağı qeyd edilib.

Sepp 2019-cu ildən “qırmızılar”da çıxış edirdi. O, əsas komandada cəmi 4 matça çıxıb. Futbolçu müxtəlif vaxtlarda “Preston”, “Şalke” və “Maynts”da icarədə olub.