“Vilyarreal” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, La Liqa təmsilçis “Bazel”dən Terno Barrini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı forvardla 5 illik müqavilə imzalanıb.
“Vilyarreal” Barri üçün “Bazel”ə 14 milyon avro ödəyəcək.
Hücumçu ötən mövsüm 41 oyunda 20 qol vurub.