Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Nəsr” maliyyə problemləri yaşayır.
Futbolpress.az xəbər verir ki, Səudiyyə Ərəbistanı İnvestisiya Fondu kluba əvvəlki kimi maddi yardım etmir. Bu barədə “Essentially Sports” portalı məlumat yayıb.
Klubun prezidenti Abdulla Əl Muhaydib və İdarə Heyətinin bir neçə üzvü artıq “Əl Nəsr”i tərk edib. Klubun layihəsi Kriştiano Ronaldonun ətrafında qurulmuşdu, indi rəhbərlik ondan problemlərlə bağlı sakit qalmasını istəyir.
“Əl Nəsr”də böhran genişlənməkdədir və artıq bir neçə aparıcı oyunçu klubu tərk etmək istəyir. Bunlar isə Ronaldonun qəzəbinə səbəb olur.
Kriştiano 2023-cü ilin dekabrından “Əl Nəsr”in formasını geyinir.