“Zirə” Kiprdə məğlub oldu

“Zirə” bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin ilk oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv Kiprdə “Omoniya”nın qonağı olub. Matç Nikosiya təmsilçisinin qələbəsi ilə başa çatıb – 6:0.

Komandalar arasındakı cavab görüşü avqustun 29-da Bakıda keçiriləcək.

UEFA Konfrans Liqası
Pley-off mərhələsi, ilk oyun

22 avqust

21:00 Omoniya (Kipr) – Zirə 6:0

Qollar: Amin Xammas, 13, Villi Semedo, 34, (pen), 70, Mariuş Stepinski, 45+1, 54, Evandro, 60
Baş hakim: Yuri Frişer (Estoniya)
Kipr, GSP stadionu

Omoniya: Fabiano, Alfa Dionku, Senu Kulibali, Nikolas Panagiotu, Amin Xammas, Evandro, Mateo Mariç, Novika Erokoviç, Velyko Simiç, Mariuş Stepinski, Villi Semedo

Zirə: Tiaqo Silva, Hacıağa Hacılı, Ruan Renato, Ange Mutsinzi, Qismət Alıyev, Rüstəm Əhmədzadə, Pyer Zebli, Eldar Quliyev, Rafael Utziq, David Volkov, Məqsəd İsayev.