Gürcü qapıçı “Liverpul”la razılaşdı

“Valensiya”nın qapıçısı Georgi Mamardaşvili “Liverpul”la razılaşıb.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb. Gürcüstanlı qolkiper “qırmızılar”la 6 illik müqavilə imzalayacaq.

“Liverpul” qapıçı üçün “Valensiya”ya 30 milyon avro ödəyəcək. Qolkiper İngiltərə klubunda illik 4 milyon avro qazanacaq.