“İnter Mayami”nin hücumçusu Lionel Messi tezliklə komanda ilə məşqlərə qoşulacaq.
Futbolpress.az xəbər verir ki, argentinalı futbolçu Amerika Kubokunun finalında topuğundan zədə alıb və hələ sağalmayıb.
“İnter Mayami”nin həkimləri Messinin sentyabrın 15-nə kimi tam hazır olmasına çalışır.
Lionel Argentina yığması ilə Amerika Kubokunun qalibi olub. 37 yaşlı hücumçu bu mövsüm “İnter Mayami”də oyuna çıxmayıb.