Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub.
Futbolpress.az xəbər verir ki, Türkiyə təmsilçisi “Qalatasaray” İsveçrədə “Yanq Boyz”un qonağı olub. 5 qolun vurulduğu görüş İstanbul klubunun məğlubiyyəti ilə başa çatıb.
“Malmö” Praqa “Sparta”ya, “Dinamo” isə “Zalsburq”a məğlub olub.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar
21 avqust
Dinamo (Kiyev, Ukrayna) – Zalsburq (Avstriya) 0:2
Qollar: D.nene, 29, M.Kyaerqaard, 50
Malmö (İsveç) – Sparta (Praqa, Çexiya) 0:2
Qollar: J.Larsen, 31 (avtoqol), M.Rines, 89
Midtyulland (Danimarka) – Slovan (Bratislava, Slovakiya) 1:1
Qollar: E.Çifulya, 79 – K.Blekmen, 59
Yanq Boyz (İsveçrə) – Qalatasaray (Türkiyə) 3:2
Qollar: X.Monteyro, 3, 45+4, F.Uqriniç, 86 (pen.) – M.Batşuayi, 66, 72