“Latsio”nun futbolçusu Matias Vesino karyerasını Türkiyədə davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Beşiktaş” uruqvaylı yarımmüdafiəçi ilə maraqlanır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Türkiyə klubu paytaxt təmsilçisi ilə danışıqlara başlamağı planlaşdırır.
32 yaşlı futbolçu 2022-ci ildən “Latsio”da forma geyinir. O, bu komandada 86 oyunda 11 qol vurub, 2 məhsuldar ötürmə edib.