“Sabah” Litvaya yollandı

Ölkəmizi FIBA Çempionlar Liqasında təmsil edəcək “Sabah” Basketbol Klubu ötən gecə təlim-məşq toplanışı üçün Litvaya yollanıb.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Sentyabrın 10-na kimi Litvada təlim-məşq toplanışında olacaq “futuristlər” hazırlıq çərçivəsində bir neçə yoxlama oyunu keçirəcək.