Yunanlar “qırmızı şeytan”ı 6 milyon avroya aldı

“Mançester Yunayted”in futbolçusu Fakundo Pellistri karyerasını Yunanıstanda davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, 22 yaşlı vinger “Panatinaikos”la razılaşıb. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Yunanıstan klubu “Mançester Uunayted”ə 6 milyon avro ödəyəcək.

Fakundo 2020-ci ildən “qırmızı şeytanlar”ın əsas komandasında çıxış edir. 22 yaşlı vinger Premyer Liqada 13 oyunda meydana çıxıb.