Qvardiola onu komandasında görmək istəyir

“Barselona”dan ayrılacağı gözlənilən İlkay Gündoğan karyerasını yenidən İngiltərədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Mançester Siti” sabiq yarımmüdafiəçisini qaytarmaq istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. “Şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola Gündoğanı yenidən komandada görmək istəyir.

33 yaşlı futbolçunun Türkiyə və Səudiyyə Ərəbistanı klublarından da təklifləri var.

Türk əsilli alman futbolçu 2016-2023-cü illərdə “Mançester Siti”nin formasını geyinib. O, ötən yay azad agent kimi “Barselona”ya qoşulub. İlkay kataloniyalıların heyətində La Liqada 36 oyunda 5 qol vurub, 9 məhsuldar ötürmə edib.