İngiltərə millisinin hücumçusu “Çelsi”yə keçə bilər

“Çelsi” heyətini yeni hücumçu ilə gücləndirməyə hazırlaşır.

Futbolpress.az xəbər verir ki, “zadəganlar” “Brentford”dan Ayvan Tonini transfer etmək üçün danışıqlar aparır. Bu barədə “The Sun” nəşri məlumat yayıb. London klubu 28 yaşlı forvard üçün 45 milyon funt-sterlinq ödəməyə hazırdır.

Toni İngiltərə yığmasının da üzvüdür. “Çelsi” ona həftəlik 325 min funt-sterlinq məvacib təklif edəcək.

Forvard ötən mövsümdə 17 oyunda 4 qol vurub. O, qanunsuz mərc oyunlarında iştirak etdiyi üçün 8 aylıq cəza almışdı.