“Trabzonspor” futbolçusu Maksi Qomes ilə yollarını ayırıb.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qomes “Trabzonspor” formasıyla 35 oyunda 7 qol vurub, 6 məhsuldar ötürmə edib. O, ötən mövsümü İspaniyada “Kadis”də icarədə keçirib.