“Barselona”dan ayrılacağı gözlənilən İlkay Gündoğan karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Əl Nəsr” alman yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Klub yaxın zamanda “Barselona”ya rəsmi təklif göndərəcək.
33 yaşlı futbolçu2023-cü ilin yayından “Barselona”da çıxış edir. Onun müqaviləsi 2025-ci ilin yayına kimidir.