Qurban Qurbanov Zaqrebdə media önünə çıxacaq

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Dinamo” (Zaqreb, Xorvatiya) – “Qarabağ” matçından öncə təşkil ediləcək baş məşqçimiz Qurban Qurbanovun mətbuat konfransı və komandanın media nümayəndələri üçün açıq məşqinin vaxtı məlum olub.

Futbolpress.az xəbər verir ki, komandanın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı avqustun 19-u yerli vaxtla saat 19:45-də (Bakı vaxtı ilə 21:45) Zaqrebdəki “Maksimir” stadionunda baş tutacaq. Saat 20:15-də  (Bakı vaxtı ilə 22:15) media nümayəndələri üçün açıq məşq (İlk 15 dəqiqə) keçiriləcək.

Qeyd edək ki, avqustun 20-də keçiriləcək “Dinamo” – “Qarabağ” görüşü saat 21:00-da (Bakı vaxtı ilə 23:00) başlayacaq.