Azərbaycanlı futbolçunun komandasından uğurlu start

Azərbaycanlı futbolçu Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” Albaniya çempionatında ilk oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda Tirana “Dinamo”sunun qonağı olub. Matç “Eqnatiya”nın qələbəsiylə başa çatıb – 2:0.

Zamiq bu görüşdə start heyətdə meydana çıxıb və sona qədər oynayıb. O, 90+2-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.

“Eqnatiya” ilk turdan sonra 3 xalla liderdir.