Azərbaycan çempionatında 7 qol vuran futbolçu klubunu dəyişdi

Ötən mövsümü “Füzuli”də keçirən Elvin Nəsibovun yeni klubu müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, hücumçu “Şəfa” klubu ilə razılaşıb. Nəsibov artıq II Liqa təmsilçisi ilə müqavilə imzalayıb.

Hücumçu ötən mövsümdə “Füzuli” – “Kürmük Qax” oyununda (7:2) 7 qol vurmaqla yadda qalmışdı.