Dadaşov məğlubiyyətin iştirakçısı oldu

Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun formasını geyindiyi “Ankaragücü” Türkiyə I Liqasında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda səfərdə “Erzurumspor”la qarşılaşıb. Görüş “Ankaragücü”nün məğlubiyyəti ilə başa açtıb – 0:1.

Renat görüşdə ikinci hissədə meydana daxil olub və fərqlənə bilməyib.

“Ankaragücü” 2 turdan sonra 3 xalla 7-ci sıradadır.