Gündoğan “Barselona”dakı gələcəyi ilə bağlı qərarını verdi

“Barselona”nın futbolçusu İlkay Gündoğan klubu tərk etmək istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Yarımmüdafiəçi daha çox oynamaq istədiyi bir komandaya keçmək istəyir.

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik alman futbolçunu La Liqanın I turunun “Valensiya” ilə oyunununun (2:1) iştirak ərizəsinə daxil etməyib.

İlkayın adı Türkiyə və Səudiyyə Ərəbistanı klubları ilə hallanır.